Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompyuterini istehsal edib.
Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən “Lifebook U1010S” kompyuteri həvəskarlarının böyük marağına səbəb olub. Cəmi 63 qram çəkisi olan yeni kompyuter asan daşındığı və asan istifadə olunduğu üçün digər kompyuterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompyuterdə olan bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən kompyuterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs göstərdiyini açıqlayıb.
”Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompyuterdir. İlk baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda
...
Читать дальше »