Kosmosa səfər edəcək 6-cı milyonçu turist müəyyənləşib.
Bu, ABŞ-lı kosmonavt Oven Garriotun oğlu, kompyuter oyunları istehsal edən şirkətin sahibi Riçard Garriotdur. Artıq Garriot sentyabr ayına planlaşdırılan səfərin hazırlığına başlayıb. O, kosmik macəraya görə tələb olunan 30 milyon dolları da ödəyib. Uçuş barədə açıqlama verən Riçard Garriot kosmosun onun həyatında vacib rol oynadığını deyib: “Kosmos mənim üçün ən vacib şeyə çevrilməkdədir. Uçmaq həvəsi mənim yerdəki fəaliyyətlərimi ikinci plana keçirəcək”.
Rusiya Federal Kosmik Tədqiqatlar Mərkəzi və ABŞ-ın “Adventures” firması arasındakı razılaşmaya əsasən, Garriot iki peşəkar kosmonavtla Beynəlxalq Kosmik Stansiyaya səfər edəcək. Garriot macərasına əlavə olaraq kosmosda gəzinti üçün 15 milyon dollar ödəməyi düşünür. Milyonçu uçuşdan öncə Rusiyada 6 həftə keçirəcək və burada tibbi müayinədən keçməklə yanaşı, “Soyuz” kosmik gəmisi ilə tanış olacaq. Bundan sonra Gar
...
Читать дальше »