Новости сайта
Меню сайта

Календарь новостей
«  Апрель 2008  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Форма входа

Поиск по новостям

Друзья сайта

    Наш опрос
    Saytimiz necedir???
    Cavab sayi: 1680

    Главная страница » 2008 » Апрель » 2 » Dünyanın ən kiçik kompyuteri

    Dünyanın ən kiçik kompyuteri



    Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompyuterini istehsal edib.

    Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən “Lifebook U1010S” kompyuteri həvəskarlarının böyük marağına səbəb olub. Cəmi 63 qram çəkisi olan yeni kompyuter asan daşındığı və asan istifadə olunduğu üçün digər kompyuterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompyuterdə olan bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən kompyuterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs göstərdiyini açıqlayıb.
    ”Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompyuterdir. İlk baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda həm optik (lazer) oxucusu, həm də sərt diski (hard disk) var”. “Fujitsu”nun yeni nəsil kompyuterlərini digərlərindən ayıran ən vacib xüsusiyyətlərdən biri də onun batareyalarının fasiləsiz 11 saat işləməsidir. Sözügedən batareyalar həm də kompyuterdəki məlumatların ələ keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir.
    Texnologiya dünyasının tanınmış markalarından olan “Fujitsu” bu son məhsulu ilə önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk 10 firmanın arasına girməyi hədəfləyir.
    Alintidir

    Просмотров: 2004 | Добавил: Magic | Рейтинг: 0.0 |
    Комментарии
    Всего комментариев: 1
    1 Пономарёв  
    0
    Сенкс!

    Имя *:
    Email *:
    Код *:
    Сайт управляется системой uCoz