Новости сайта
Меню сайта

Календарь новостей
«  Март 2008  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Форма входа

Поиск по новостям

Друзья сайта

    Наш опрос
    Saytimiz necedir???
    Cavab sayi: 1679

    Главная страница » 2008 » Март » 16 » Kosmosa səyahət üçün 30 milyon dollar

    Kosmosa səyahət üçün 30 milyon dollar


    Kosmosa səfər edəcək 6-cı milyonçu turist müəyyənləşib.

    Bu, ABŞ-lı kosmonavt Oven Garriotun oğlu, kompyuter oyunları istehsal edən şirkətin sahibi Riçard Garriotdur. Artıq Garriot sentyabr ayına planlaşdırılan səfərin hazırlığına başlayıb. O, kosmik macəraya görə tələb olunan 30 milyon dolları da ödəyib. Uçuş barədə açıqlama verən Riçard Garriot kosmosun onun həyatında vacib rol oynadığını deyib: “Kosmos mənim üçün ən vacib şeyə çevrilməkdədir. Uçmaq həvəsi mənim yerdəki fəaliyyətlərimi ikinci plana keçirəcək”.
    Rusiya Federal Kosmik Tədqiqatlar Mərkəzi və ABŞ-ın “Adventures” firması arasındakı razılaşmaya əsasən, Garriot iki peşəkar kosmonavtla Beynəlxalq Kosmik Stansiyaya səfər edəcək. Garriot macərasına əlavə olaraq kosmosda gəzinti üçün 15 milyon dollar ödəməyi düşünür. Milyonçu uçuşdan öncə Rusiyada 6 həftə keçirəcək və burada tibbi müayinədən keçməklə yanaşı, “Soyuz” kosmik gəmisi ilə tanış olacaq. Bundan sonra Garriott Qazaxıstanda yerləşən “Boykonur” Kosmik Bazasına yollanacaq.
    Xatırladaq ki, “Soyuz” kosmik gəmisi ilə Yerin orbitindəki stansiyaya turist daşınması ənənəsinin təməli 2001-ci ildə qoyulub. Bu hadisə amerikalı iş adamı Dennis Titonun adı ilə bağlıdır. Garriotdan əvvəl kosmosa səfər edən 5 milyonçudan hər biri ruslara 20 milyon dollar ödəmişdilər.
    Melumat Alintidir.Melumata gore Anar Haciya tesekkur edirik


    Просмотров: 2476 | Добавил: Magic | Рейтинг: 5.0 |
    Комментарии
    Всего комментариев: 3
    3  
    He Kamran duz deyirsen.

    Usaqlar Eger Yad planetli gormek isteyirsinizse gelin bizim mektebe!! smile


    2  
    Orxan ve Ceyhun mellim Siz Sumqayitdan cixin bu size yeter.

    Zarafatsiz her yerden bomba Sumqayitdir,basqasi bos seydi.Das gormek isetyirsen get Qobustana,kosmosda goreceklerinden daha qesengleri var orda....


    1  
    biggrin Milyoncularin basini aldadib guya kosmosa aparirlar.
    Kamran gor neynirsen?deyirem belke sende 7 ci olasan!!Ceyhun deyirem belke biz yene de gedek ora smile

    Имя *:
    Email *:
    Код *:
    Сайт управляется системой uCoz